İran BMT ilə koordinasiya edərək Yəmənə yardımlar göndərir
https://azeri.sahartv.ir/news/İran-i194466-İran_bmt_ilə_koordinasiya_edərək_yəmənə_yardımlar_göndərir
İranın Qırmızı Aypara Cəmiyyətinin Xilas və Nicat Təşkilatının sədri deyib: İranın Qırmızı Aypara Cəmiyyətinin bütün böhranlı bölgələr, o cümlədən Yəmənə yardımları İran Xarici İşlər Nazirliyi və BMT ilə tam koordinasiya edilərək göndərilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 02, 2015 13:07 Asia/Baku
  • İranın Qırmızı Aypara Cəmiyyətinin Xilas və Nicat Təşkilatının sədri
    İranın Qırmızı Aypara Cəmiyyətinin Xilas və Nicat Təşkilatının sədri

İranın Qırmızı Aypara Cəmiyyətinin Xilas və Nicat Təşkilatının sədri deyib: İranın Qırmızı Aypara Cəmiyyətinin bütün böhranlı bölgələr, o cümlədən Yəmənə yardımları İran Xarici İşlər Nazirliyi və BMT ilə tam koordinasiya edilərək göndərilir.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İranın Qırmızı Aypara Cəmiyyətinin Xilas və Nicat Təşkilatının sədri çərşənbə axşamı günü Tehranda İranın Qırmızı Aypara Cəmiyyətinin xilas gəmisi yükünün hazırda Cibutidə olduğunu və tezliklə İranın Qırmızı Aypara Cəmiyyəti rəsmilərinin iştirakı ilə Yəmənin müharibədən zərərçəkənlərinə veriləcəyini bildirərək xatırladıb: İranın Qırmızı Aypara Cəmiyyətinin 2-ci humanitar yardımını daşıyan gəmisinə də hazırda ərzaq maddələri yüklənməkdədir və yüklənmə əməliyyatı bitdikdən və lazımi icazələr alındıqdan sonra bu yardım gəmisi Cibuti istiqamətində hərəkət edəcək.
Bundan öncə İranın Cibutiyə ezam olunan heyətinin rəhbəri Sarim Rzayi də söyləmişdi ki, İran İslam Respulbikasının Yəmənə ərzaq yardımları hazırda Beynəlxalq Qida Proqramının anbarlarındadır və anlaşmaya əsasən Yəmənə göndəriləcək və Yəmənin Hədidə şəhərindəki Qırmızı Aypara Cəmiyyəti tərəfindən zərərçəkənlər arasında paylanacaq.