Filippin Vəkillər Kollegiyasının rəhbəri Məşhəddə müsəlman oldu
İyun 11, 2015 09:02 Asia/Baku
-
filippinli müsəlman oldu
Filippin Vəkillər Kollegiyasının rəhbəri dünya şiələrinin 8-ci imamı Həzrət İmam Rzanın (ə) Müqəddəs Məşhəd şəhərindəki ziyarətgahında olaraq islam dinini qəbul edib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Qüds Rəzəvinin İslam Əlaqələri və Təbliğat məsələləri üzrə sədr müavini Seyid Calal Hüseyni deyib: Filippin Vəkillər Kollegiyasının rəhbəri İzailito Tor Yon Qüds Rəzəvinin qeyri-iranlı zəvvarlar üzrə idarəsində olaraq kəlmeyi-şəhadəti söyləyib və islam dinini qəbul edib.Hüseyni əlavə edib: 44 yaşlı yenicə müsəlman olmuş bu şəxs kəlmeyi-şəhadəti deməzdən öncə dini ekspertlərin iştirakı ilə öz suallarını verib və suallarına cavab aldıqdan sonra islam dinini qəbul edib.
Yenicə müsəlman olmuş filippinli həyatındakı bu qərarı vermək barədə deyib: İslam barədə mütaliəyə bir neçə il öncə başlandım və illərlə araşdırmadan sonra islam dininin haqlılığı mənə aydınlaşdı.
Filippin Vəkillər Kollegiyasının rəhbəri ümidvarlıq edib ki, Allah-taalanın qarşısında həqiqi müsəlman olaraq öz vəzifələrini düzgün şəkildə yerinə yetirəcək.
Əvvəllər katolik xristianı olan filippinli müsəlman islamı xristianlığın təkmilləşmiş zənciri adlandırıb.