Vyanada üçtərəfli nüvə iclası sona çatıb
İyun 12, 2015 10:09 Asia/Baku
İran xarici işlər nazirinin müavinləri, ABŞ dövlət katibinin müavini və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatorunun müavini arasında üçtərəfli iclas cümə axşamı günü Vyanada keçirilib.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, İran xarici işlər nazirinin müavinləri Seyid Abbas İraqçı və Məcid Təxt Rəvançi, ABŞ dövlət katibinin müavini Vendi Şerman və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatorunun müavini Helqa Şmidtin Yekun Müştərək Təşəbbüs Proqramının ilkin mətninin tənzimlənməsi istiqamətində Vyananın Kuborq otelində təşkil etdikləri iclas cümə axşamı günü sona çatıb.Bu məlumata görə, bu gün İran və 5+1 Qrupunun siyasi direktorları və müavinlər səviyyəsində ümumi iclas keçiriləcək.
Yekun Müştərək Təşəbbüs Proqramının ilkin mətninin tənzimlənməsi üzrə danışıqların 7-ci turu İran xarici işlər nazirinin müavinləri Seyid Abbas İraqçı və Məcid Təxt Rəvançi və Avropa Birliyinin siyasət məsələləri üzrə koordinatorunun müavini Helqa Şmidtin iştirakı ilə çərşənbə günündən Vyananın Kuborq otelində başlanmışdır.
Avropa Birliyi də bir bəyanatda bildirib: 5+1 Qrupunun siyasi direktorları bu həftənin sonuna qədər müzakirələrə qatılacaq və İran və Altılıq qrupunun texniki ekspertləri də eyni zamanda yekun anlaşmanın texniki detalları üzərində işi davam etdirirlər.