Ruhani Şimali Xorasan vilayətinin potensiallarının aktivləşdirilməsini vurğulayıb
İyun 14, 2015 09:33 Asia/Baku
-
Ruhani Şimali Xorasan vilayətinin potensiallarının aktivləşdirilməsini vurğulayıb
İran İslam Respublikası prezidenti İranın şimal-şərqində yerləşən Şimali Xorasan vilayətinin potensiallarının aktivləşdirilməsinin vacibliyini vurğulayıb.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran prezidenti Həsən Ruhani bazar günü səhər Şimali Xorasan vilayətinə daxil olduğu zaman Bocnurdda jurnalistlərə verdiyi müsahibədə bu vilayətin kənd təsərrüfatı, mədən, sənaye və turizm baxımından yaxşı potensiallara malik olduğunu bildirərək ümidvarlıq edib ki, Nazirlər Kabinetinin Şimali Xorasana səfəri əhali üçün xeyir-bərəkətə və bu vilayətin inkişaf prosesinin sürətlənməsinə səbəb olacaq.İran prezidenti deyib: Şimali Xorasan vilayətinə səfərdə vilayətin potensial və istedadları araşdırılacaq və bu vilayətin inkişafı üçün Tehranda tənzimlənən proqramlar əhaliyə elan olunacaq.
İran prezidenti və Nazirlər Kabinetinin Şimali Xorasan vilayətinə səfəri 19-cu vilayət səfəri çərçivəsində baş tutur.
Teqlər