Prezident: Sanksiyaların davam etməsinə icazə verməyəcəyik
https://azeri.sahartv.ir/news/İran-i194827-prezident_sanksiyaların_davam_etməsinə_icazə_verməyəcəyik
İran İslam Respublikası prezidenti deyib: Əcnəbilərin sanksiya zülmü və cinayətini davam etdirmələrinə icazə verməyəcəyik.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 14, 2015 09:35 Asia/Baku
  • Prezident: Sanksiyaların davam etməsinə icazə verməyəcəyik
    Prezident: Sanksiyaların davam etməsinə icazə verməyəcəyik

İran İslam Respublikası prezidenti deyib: Əcnəbilərin sanksiya zülmü və cinayətini davam etdirmələrinə icazə verməyəcəyik.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, cənab Həsən Ruhani Bocnurd əhalisi qarşısında etdiyi çıxışında deyib: Biz əl-ələ verərək, milli birlik və İslam İnqilabının Böyük Rəhbərinin dəstəyi və istiqamətləndirməsi ilə Allaha arxalanıb, işi irəlilədəcəyik.
Cənab Ruhani əlavə edib: Əcnəbilərin qarşısında dayanmamağımızı deyənlər, 5+1 qarşısında dik duraraq, təcrübəli diplomatlarla danışmamağımızı və müzakirə etməməmizi deyənlər sanki insanların həyatından xəbərsizdirlər.
İran prezidenti deyib: Biz Allahın qüvvəsi, İslam İnqilabının Böyük Rəhbərinin istiqamətləndirmələri və siz xalqın dəstəyi ilə həm daxildə zənginləşdirmə edəcəyik, həm də iqtisadi dövriyyəni hərəkətə gətirəcəyik.
Siyasi, ictimai, idman, elm ziyalıları, ruhanilər və şəhidlərin ailələri ilə görüşlərin keçirilməsi İran prezidentinin Şimali Xorasan vilayətinə birgünlük səfər proqramına daxildir.
İnvestisiyanın genişləndirilməsi üçün investorlarla iclasın keçirilməsi, Vilayət İdarə Şurasının iclasında iştirak və medialarla müsahibə, İran prezidentinin səfər proqramının tərkib hissəsidir.