İyun 16, 2015 09:09 Asia/Baku
  • Dehqani: BMT-nin ifratçılıqla mübarizə barədə qətnaməsi yenilənəcək
    Dehqani: BMT-nin ifratçılıqla mübarizə barədə qətnaməsi yenilənəcək

İranın BMT-dəki səfiri deyib: Sentyabrda keçiriləcək BMT Baş Assambleyasının 70-ci sessiyasında İran İslam Respublikasının iki il öncə zorakılıq və ifratı olmayan dünya barədəki təklif qətnaməsini yenilədəcək və bir daha təsdiqləyəcək.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Qulamhüseyn Dehqani bazar ertəsi günü BMT Baş Assambleyasının iclasından sonra bildirib: Dünya prosesləri, xüsusilə də Yaxın Şərqdəki hazırkı gərginlik İran İslam Respublikasının dəqiq və dərin baxışını hamıya sübut etdi.
İki il öncə BMT Baş Assambleyasının sessiyasında İran prezidentinin irəli sürdüyü zorakılıq və ifratçılığı olmayan dünya təklifinə toxunan Dehqani əlavə edib: Həmin dövrdə İranın səyi ilə cənab Ruhaninin təklifinə əsaəsn BMT Baş Assambleyasında bir qətnamə təsdiqləndi və onun icra olunması istiqamətində addımlar atılıb.
Beynəlxalq ictimaiyyəti caynağına alan ifratçılıq və zorakılığa toxunan səfir deyib: İfratçılıq və radikallıqla mübarizə BMT Baş Assambleyası üçün önəmli məsələlərdəndir.

Teqlər