İyun 20, 2015 13:37 Asia/Baku
  • ABŞ Dövlət Departamentinin iddiası: İran terrorizmi himayə edir
    ABŞ Dövlət Departamentinin iddiası: İran terrorizmi himayə edir

ABŞ Dövlət Departamenti dünyada terrorizmin vəziyyəti ilə bağlı bir hesabat yayaraq, iddia edib ki, İran 2014-cü ildə terrorizmlə bağlı fəaliyyətlərini davam etdirib.

Cümə günü yayımlanan bu hesabat İranı ABŞ-ın terrorçu adlandırdığı Livan Hizbullahını, Qəzzədəki fələstinli qrupları habelə, İraq və Yaxın Şərqdə müxtəlif qrupları himayə etməkdə ittiham edir. Bu hesabat əslində ABŞ-ın İranofobiya siyasətinin davamıdır. Bu siyasət əsasən 3 cəhətə malikdir: nüvə məsələsi, insan haqları məsələsi və İranın terrorizmi himayə etməsi iddiası.
Bu gülünc hesabatda deyilir ki, İran İŞİD-in İraqdakı hücumlarının artmasına reaksiya olaraq, adları ABŞ-ın "terror təşkilatları" siyahısına daxil edilmiş silahlı şiə qruplara olan yardımlarını artırıb.
ABŞ 11 sentyabr hadisəsindən sonra birtərəfli qaydada terrorizmlə mübarizə planı hazırlayaraq, ondan hegemonçuluğa əsaslanan məqsədlərinə nail olmaq üçün bir vasitə kimi faydalanmağa başladı. Elə bu plan əsasında Əfqanıstan və İraqı işğal etdi. Bu işğalçılıq İraq və Əfqanıstanda bir neçə yüz min insanın ölməsi və milyonlarla insanın didərgin düşməsi ilə məhdudlaşmadı. Əksinə, regionda terrorizmin kök atmasına və genişlənməsinə kömək etmiş oldu. Regionda baş qaldıran terror dalğasının hədəfləri sırasında yer alan ölkələrdən biri də Suriya oldu. Pentaqonun açıqlanan məxfi sənədlərindən Amerika və bir sıra digər ölkənin terrorçu qrupları necə himayə etdikləri, onları silahlandırdıqları və maliyyələşdirdikləri aydın olur. Suriyada hökumət ilə müxalif olan qüvvələrə hərbi təlimlərin keçilməsi, onlara hərbi təchizatların göndərilməsi, yüngül və ağır silahların göndərilməsi həmçinin, terrorçuların rabitə sistemləri ilə təmin edilməsi, İraq və Suriyada İŞİD-in nəzarəti altında olan məntəqələrdə şübhəli uçuşların həyata keçirilməsi Vaşinqtonun terrorçuları himayə üzrə gördüyü işlərin yalnız bir hissəsidir. ABŞ terrorizm ilə mübarizə iddiasında olmasına və İŞİD-ə qarşı beynəlxalq koalisiya təşkil etməsinə rəğmən, Türkiyənin əməkdaşlığı ilə Suriya hökuməti ilə müxalif olan terrorçulara hərbi təlimlər keçmək və onları silahlandırmaqla məşğuldur. Həmçinin, ABŞ Konqresi İrana qarşı fəaliyyət göstərən terrorçu qruplaşmaları himayə üzrə büdcə ayırıb. Amerika bu strategiya çərçivəsində çalışır ki, terrorizmlə mübarizə adı altında öz məqsədlərinə çatsın. Eyni zamanda öz çirkin niyyətini gizlətmək üçün digər ölkələrə qarşı ittihamlar səsləndirməklə həqiqətləri təhrif etmək istəyir. ABŞ əslində terrorizmlə mübarizə aparmaq bəhanəsi ilə beynəlxalq koalisiya yaratmaq, yalan hesabatlar yaymaqla regionda davamlı iştiraka zəmin yaratmağa çalışır. Elə bu məqsədlər Amerika İranofobiya və Şiəfobiya planı arxasında gizlənərək, nüvə müzakirələri ilə bir vaxtda İrana təzyiqlər göstərməyə çalışır. ABŞ Dövlət Departamentinin terrorizm və terrorçuları himayə edənlər barədəki hesabatını da məhz elə bu prizmadan araşdırmaq lazımdır.

Teqlər