BMT rəsmisi:
Netanyahu fasiləsiz yalan danışdı, o, cavab verməlidir
BMT-nin insan hüquqları üzrə keçmiş rəsmisi Kreyq Moxiber, Netanyahu-nun çıxışına reaksiyada onun və onunla əlbir olan şəxslərin həbs olunaraq, mühakimə edilməsini tələb edib
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Nyu York ofisinin sabiq direktoru Kreyq Moxiber, Benyamin Netanyahunun BMT-nin mərkəzi qərargahına daxil olmasına və Baş Assambleyada maneəsiz çıxış etməsinə icazə verilməsini sərt şəkildə tənqid edərək, bildirib ki, insanlığa qarşı cinayətlər törətməkdə ittiham olunan sionist rejimin başçısı həbs edilmədən ABŞ-yə daxil olub, bu toplantıda çıxış etdi. O əlavə edib ki, Netanyahu tribunaya çıxanda bir çox ölkələrin nümayəndə heyətlərinin zalı tərk ediblər. Moxiberin sözlərinə görə, sionist rejim boş yerləri doldurmaq üçün bir sıra tərəfdarlarını zala gətirib və onları alqış və şüarlarla Netanyahu-ya dəstək verməyə məcbur edib. Moxiber bildirib ki, Netanyahu çıxışı zamanı nümayəndə heyətlərini təhqir edib, sionist rejimin cinayətlərini tərifləyib, Livana hücumları müdafiə edib və soyqırımla bağlı rədd edilmiş və etibarsız hekayələrini təkrarlayıb.O, həmçinin Natanyahunu Fələstin və Suriyanın işğalını müdafiə etməkdə, insan hüquqları müdafiəçilərinə hücum etməkdə, eləcə də bu rejimi tənqid edən ABŞ vətəndaşlarını və rəsmilərini təhqir etməkdə ittiham edib. BMT-nin insan hüquqları üzrə keçmiş rəsmisi daha sonra vurğulayıb ki, Netanyahu əbədi olaraq, Donald Trampın dəstəyinin arxasında gizlənə bilməz və əlavə edib: “O və əlbir olduğu şəxslər həbs olunmalı və ədalət qarşısında cavab verməlidirlər”. Moxiber BMT-ni sionist rejimi təcrid etməyə və onu cavab verməyə məcbur etməyə çağırıb.