3 Avropa ölkəsi ABŞ-nin təcavüzünə qarşı qəti mövqe tutmadıqlarına görə cavab verməlidirlər
https://azeri.sahartv.ir/news/İran-i423264-3_avropa_ölkəsi_abŞ_nin_təcavüzünə_qarşı_qəti_mövqe_tutmadıqlarına_görə_cavab_verməlidirlər
İranın xarici işlər naziri britaniyalı həmkarı ilə görüşündə üç Avropa ölkəsinin ABŞ və sionist rejimin təcavüzü ilə bağlı mövqeyini tənqid edib və onların cavab verməsini tələb edib.
(last modified 2026-09-25T13:32:56+00:00 )
Sen 25, 2026 17:29 Asia/Baku
  •  3 Avropa ölkəsi ABŞ-nin təcavüzünə qarşı qəti mövqe tutmadıqlarına görə cavab verməlidirlər

İranın xarici işlər naziri britaniyalı həmkarı ilə görüşündə üç Avropa ölkəsinin ABŞ və sionist rejimin təcavüzü ilə bağlı mövqeyini tənqid edib və onların cavab verməsini tələb edib.

Seyid Abbas Əraqçi bildirib ki, regionda və Hörmüz boğazında yaranan təhlükəsizlik böhranı ABŞ və sionist rejimin hərbi təcavüzünün nəticəsidir və bu təcavüz bəzi Avropa ölkələrinin dəstəyi və himayəsi ilə həyata keçirilib. O vurğulayıb ki, regionda sabitliyin təmin edilməsi işğalçılığa son qoyulmasından və Fələstin xalqının hüquqlarının bərpa olunmasından asılıdır.Əraqçi, həmçinin ölkələrin daxili işlərinə müdaxiləni və insan hüquqlarından siyasi alət kimi istifadə edilməsini qəbuledilməz adlandırıb. O bildirib ki, üç Avropa ölkəsi ABŞ-nin “snapback” məsələsində qeyri-qanuni addımlarına uyğun hərəkət etdiklərinə, eləcə də İranın dinc nüvə obyektlərinə hücumlara qarşı qəti mövqe tutmadıqlarına görə cavab verməlidirlər.