Ayətullah Məkarim Şirazi Ali-Səud rejiminin Yəmənə qarşı cinayətlərini qınadı
https://azeri.sahartv.ir/news/İran-i195108-ayətullah_məkarim_Şirazi_ali_səud_rejiminin_yəmənə_qarşı_cinayətlərini_qınadı
Qumda şiələrin böyük təqlid mərcələrindən olan Ayətullah Məkarim Şirazi Ali-Səudun Yəmən xalqına qarşı cinayətlərini pisləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 23, 2015 05:07 Asia/Baku
  • Ayətullah Məkarim Şirazi Ali-Səud rejiminin Yəmənə qarşı cinayətlərini qınadı
    Ayətullah Məkarim Şirazi Ali-Səud rejiminin Yəmənə qarşı cinayətlərini qınadı

Qumda şiələrin böyük təqlid mərcələrindən olan Ayətullah Məkarim Şirazi Ali-Səudun Yəmən xalqına qarşı cinayətlərini pisləyib.

İRİB-nin məlumatına görə, Ayətullah Nasir Məkarim Şirazi bazar ertəsi günü bir müraciətdə Ali-Səud rejiminin mübarək Ramazan ayında Yəmənin məzlum və müsəlman xalqına qarşı cinayətlərini pisləyib və Yəmən xalqının Qərbin və onun regiondakı əlaltılarının fitnəsindən xilas olması üçün duanın edilməsini vurğulayıb.
Şiələrin böyük təqlid mərcələrindən olan Ayətullah Məkarim Şirazi deyib: Ali-Səud İslama yaddır. Nə Quran-Kərimdə tam aydınlıqla bəyan olunmuş haram ayları qəbul edir, nə də ki, mübarək Ramazan ayının hörmətini saxlamır.
Ayətullah Məkarim Şirazi həmçinin öz müraciətində İran xalqı və siyasi qrupları birlik və həmrəyliyə, ixtilaflardan çəkinməyə və düşmənlərin fitnələri qarşısında ayıq olmağa dəvət edib.