Pan Gi Mun: Yəmən böhranı hərbi həll yoluna malik deyil
İyun 24, 2015 09:22 Asia/Baku
-
Pan Gi Mun: Yəmən böhranı hərbi həll yoluna malik deyil
BMT-nin baş katibi Yəmən məsələsinin hərbi həll yoluna malik olmadığını bildirib və deyib: Yalnız bir həll yolu var. O da, müzakirə və diplomatiya yoludur.
İSNA-nın verdiyi məlumata görə, BMT baş katibi Pan Gi Mun "Frans 24" informasiya kanalı ilə müsahibədə deyib: Mən bir həftə öncə Cenevrədə yəmənli qruplar arasındakı iclası başlatdım. Amma, təəssüflər olsun ki, təəssüflər olsun ki, Husilərin nümayəndələrinin iclasa gec gəlmələrinə görə, onlarla birgə iclasımız olmadı. Pan Gi Mun daha sonra deyib: Mənim xüsusi nümayəndəmin səyləri prosesin sürətləndirilməsində təsirli olmadı. O zaman mənim təklifim bu idi ki, humanitar yardımların edilməsi üçün 2 həftə atəşkəs elan edilsin. Yaranacaq fürsətdən istifadə edərək, siyasi anlaşmaya nail olmaq üçün lazım olan atmosferin yaradılması ilə yanaşı, Yəməndə milyonlarla insana humanitar yardımlar ediləcəkdi.Pan Gi Mun Ərəbistanın Yəmənə olan hücumlarına işarə etməyərək, deyib: Mən bir daha yəmənli tərəflərdən istəyirəm ki, dərhal kobudluqları dayandırsınlar və müzakirə masasına qayıtsınlar.