Region ölkələri narkotiklərlə mübarizə üzrə İrandan yardım istəyiblər
İyun 25, 2015 18:21 Asia/Baku
-
Əbdürrza Rəhmani Fəzli
İran İslam Respublikası daxili işlər naziri deyib: narkotiklərin daşınması yolunun Fars Körfəzi ətrafında yerləşən ölkələrə və su yollarına dəyişməsini nəzərə alaraq, bu ölkələr İrandan narkotiklərin tranzit edilməsi ilə mübarizədə yardım istəyiblər.
İRİB-nin məlumatına görə, Əbdürrza Rəhmani Fəzli bu gün cümə axşamı Rusiya Federasiyasının Tehrandakı səfiri Levon Caqaryan ilə görüşdə deyib: Daha öncə Qətər və hazırda BƏƏ və Küveyt narkotiklərə qarşı mübarizədə İranın əməkdaşlıq etməsini istəyirlər.İranın daxili işlər naziri daha sonra deyib: Narkotiklərlə mübarizədə İranın ən çox əməkdaşlıqları Əfqanıstan və Pakistan ilədir. Həmçinin, Balkan ölkələri ilə də bu sahədə əməkdaşlıq sənədi imzalanıb.
Rəhmani Fəzli əlavə edib: 2014-cü ildə Rusiya və Xəzəryanı ölkələr ilə də beştərəfli əməkdaşlıqlara başlamışıq və bu il İranın ev sahibliyi ilə beştərəfli iclasın keçirilməsi qərara alınıb.
İranın daxili işlər naziri çirkli pulların yuyulması və narkotiklərlə mübarizəni bu beştərəfli qrupun əməkdaşlıq sahələrindən adlandırıb.