İranın Şərqi Azərbaycan gömrüklərindən ixracat artıb
https://azeri.sahartv.ir/news/İran-i195325-İranın_Şərqi_azərbaycan_gömrüklərindən_ixracat_artıb
İranın Şərqi Azərbaycan gömrüklərinin nəzarətçisi ötən rübdə bu ostan gömrükləri vasitəsilə ixrac olunmuş əmtəə mallarının yeddi faizlik artımından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 29, 2015 12:41 Asia/Baku
  • İranın Şərqi Azərbaycan gömrüklərindən ixracat artıb
    İranın Şərqi Azərbaycan gömrüklərindən ixracat artıb

İranın Şərqi Azərbaycan gömrüklərinin nəzarətçisi ötən rübdə bu ostan gömrükləri vasitəsilə ixrac olunmuş əmtəə mallarının yeddi faizlik artımından xəbər verib.

İranın Şərqi Azərbaycan gömrüklərinin nəzarətçisi və Təbriz Gömrüklərinin baş müdiri Nasir Novruzi bu gün IRNA ilə müsahibədə deyib ki, ötən rübdə ostan gömrüklərindən 279 milyon dollar dəyərində 285 min ton əmtəə mal ixrac edilib.
Novruzi eksport mallarının başlıca olaraq, plastik maddələr və əşyalar, meyvə, mədən yanacaqları, taxıl, şüşə və şüsə məmulatları, göyərti, süd və heyvani məhsullar olduğunu bildirib ki, bu malların 85%-i İraq, Türkiyə, Ermənistan, Türkmənistan, Çin, Fil Dişi Sahili, Misir, Rusiya və Azərbaycan Respublikasına ixrac edilibdir.