Əmir Abdullahian: İranın Yəməndə heç bir hərbi məsləhətçisi yoxdur
İyul 04, 2015 08:59 Asia/Baku
-
Əmir Abdullahian: İranın Yəməndə heç bir hərbi məsləhətçisi yoxdur
İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini deyib: İran İslam Respublikasının Yəməndə heç birhərbi məsləhətçisi yoxdur.
Hüseyn Əmir Abdullahian şənbə günü İSNA ilə müsahibədə Ərəbistanın əl-Ərəbiyyə televiziyasının Yəməndə bir neçə iranlı hərbi ekspertin öldürülməsinə dair iddiası barəsində deyib: İran İslam Respublikasının Yəməndə heç bir məsləhətçisi yoxdur və yalnız İranın Sənadakı səfirliyi açıq və rəsmi fəaliyyətə malikdir.İran xarici işlər nazirinin müavini həmçinin Ərəistanın Yəmənə hərbi hücumları və bu ölkənin mühasirəsinin davam etməsinə toxunaraq əlavə edib: Mühasirənin davam etməsi ilə bağlı insan faciəsi və Yəmənin müdafiəsiz vətəndaşlarına qarşı müharibə cinayəti heç cür əsaslandırıla bilməz.
Teqlər