Borucerdi regionun pis şəraitindən nigarançılıq edib
İyul 05, 2015 12:46 Asia/Baku
-
Borucerdi regionun pis şəraitindən nigarançılıq edib
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri regionun pis durumu, xüsusən Yəmən, İraq, Suriya, Misir və Liviyanın vəziyyətindən nigarançılıq edib.
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Borucerdi bu gün İranın Lorestan ostanındakı Borucerd meriaysının işçiləri ilə görüşdə regiondakı bəzi islami ölkələrin durumunu acınacaqlı adlandıraraq, deyib ki, Ərəbistan Yəmənə hücum edərək, özünün əsil simasını dünyaya göstərdi.Borucerdi əlavə edib: Hazırda bəzi islami ölkələrdə böhran və müharibənin baş alıb getdiyi bir halda, İran İslam Respublikasında tam təhlükəsizlik hökm sürür və rəsmilər bu təhlükəsizliyin qorunması üçün əllərindən gələni əsirgəməməlidirlər.
Teqlər