Ərəbistanın neft dollarları dünyanı Yəmən faciələri qarşısında susdurub
İyul 08, 2015 04:56 Asia/Baku
-
Ərəbistanın neft dollarları dünyanı Yəmən faciələri qarşısında susdurub
Təqlid mərcələrindən Ayətullah Nasir Məkarim Şirazi deyib: Ərəbistanın neft dollarları dünyanı Yəmən facələri qarşısında sükuta məcbur edib.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, Ayətullah Məkarim Şirazi mübarək Ramazan ayının 21-i Qədr gecəsində Qumun İmam Kazım (ə) mədrəsəsində Ali-Səudun cinayətləri qarşısında dünyanın sükutunu pisləyib və deyib: Dünya İraq, Suriya və Yəmən xalqlarına olunan cinayətlər qarşısında susub.Bu təqlid mərcəyi insan haqları və dünyada ədalətin "tərəfdarları"nı tənqid edərək deyib: BMT və Təhlükəsizlik Şurası kimi beynəlxalq qurumlar Ali-Səud rejiminin cinayətləri qarşısnda heç bir mövqe sərgiləmirlər.
Ali-Səud rejiminin Yəmənə hücumundan 3 ay ötür və Ərəbistan Yəmən vətəndaşlarına qarşı bu müharibənin ağır mənfi nəticələrinin olmasına baxmayraq, Yəmənin yaşayış massivləri və sivillərinə qarşı hava hücumlarını davam etdirir. Bu hücumlar nəticəsində minlərlə yəmənli həlak olmuş və yaralanmışdır.
Teqlər