General Cəzayiri İranın hərbi obyektlərinə baxışın qeyri-mümkün olduğunu vurğulayıb
https://azeri.sahartv.ir/news/İran-i195708-general_cəzayiri_İranın_hərbi_obyektlərinə_baxışın_qeyri_mümkün_olduğunu_vurğulayıb
İran Silahlı Qüvvələr baş qərargahının komandan müavini bir daha İran İslam Respublikası hərbi rəsmilərinin İranın hərbi məkanlarına baxışın keçirilməsi barəsindəki öncəki mövqelərini vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 10, 2015 05:35 Asia/Baku
  • İranın hərbi obyektlərinə baxış qeyri-mümkündür
    İranın hərbi obyektlərinə baxış qeyri-mümkündür

İran Silahlı Qüvvələr baş qərargahının komandan müavini bir daha İran İslam Respublikası hərbi rəsmilərinin İranın hərbi məkanlarına baxışın keçirilməsi barəsindəki öncəki mövqelərini vurğulayıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, general-mayor Məsud Cəzayiri cümə axşamı gecə imperialist qüdrətlərin nüvə müzakirələri prosesindəki tamahkarlıqlarına toxuanraq əlavə edib: İran Silahlı Qüvvələri heç bir şəraitdə hərbi obyektlərə baxış icazəsi verməyəcəklər.
General Cəzayiri deyib: İslam İnqilabının Böyük Rəhbərinin İranın hərbi obyektlərinə istənilən baxışın qadağan olunması barəsindəki buyruğu qətidir və xaricilər heç vaxt bu tələbə çatmayacaqlar.
İran Silahlı Qüvvələr baş qərargahının komandan müavini bildirib: İran İslam Respublikasının silahlı qüvvələrinin önləyici müdafiə potensialı aktiv formadadır və İrana qarşı istənilən hərəkətliliyə peşmanedici cavab verməyə hazırdır.