İngiltərə baş nazirinin Ruhani ilə telefon söhbəti
İyul 17, 2015 08:47 Asia/Baku
İran prezidenti müzakirə tərəflərinin öz öhdəliklərinə sadiq qalmalarını nüvə razılaşmasının icrası gedişində uğurun ən əsas amili adlandırıb.
Səhər telekanalının məlumatına görə, İran prezidenti Həsən Ruhani dünən axşam İngiltərənin baş naziri Devid Kameroon ilə telefon söhbətində bu ölkənin nüvə müzakirələrinin inkişafındakı roluna toxunaraq, deyib ki, nüvə müzakirələrinin uduş-uduş nəticəsindən razıdır və buna görə, bütün Altılıq ölkələrinin nüvə razılaşmasının sonrakı addımlarının icra edilməsi haqda səy göstərmələri zərurət daşıyır.Ruhani həmçinin Tehran-London əlaqələri haqda deyib: İran qarşılıqlı hörmət və maraqlara əsaslanan əlaqələr istəyir və İran-İngiltərə əlaqələrinin bərpasına lazım olan imkanlar mövcuddur.
İran prezidenti terrorçu qruplarla mübarizədə İranın İraqın dövləti və ordusuna olan bir ildən çox yardımları və terrorizmlə mübarizədəki stabillikyaradan addımlarına işarə edərək, deyib: Əgər bütün ölkələr terrorizmlə mübarizədə öz imkanlarından istifadə etməzlərsə, bu nəhs fenomen Avropa daxil olmaqla bir çox ölkəni hədəfə alacaqdır.
İran prezidenti Yəmən xalqının qida və dərman sahəsindəki gərgin və faciəli durumuna işarə edərək, söyləyib: Bir ölkənin, öz hava qüvvələrindən istifadə edərək, regionda günahsız bir xalqı bombalamaq istəməsi İran üçün qəbuledilməzdir.
Devid Kameroon da bu telefon söhbətində əldə olunmuş nüvə razılaşmasına görə, İran prezidentini təbrik edərək, müştərək Vyana bəyannaməsinin əldə olunmasında onun oynadığı səmərəli rola görə təşəkkür edib.
Kameroon terrorizmlə mübarizə barədə də deyib ki, İngiltərə terrorçuları təhlükəli sayır və onlarla mübarizə aparılmalıdır.
İran prezidenti və İngiltərənin baş naziri həmçinin bu telefon söhbətində iki ölkə səfirliklərinin yenidən açılması üzrə son durumu araşdırıb və ümidvarlıq ediblər ki, iki ölkənin xarici işlər nazirlikləri bu sahədə öz addımlarını atacaqlar.