İyul 20, 2015 14:02 Asia/Baku
  • İran və Almaniya nef müzakirələri
    İran və Almaniya nef müzakirələri

İranın neft naziri və Almaniya kanslerinin müavini arasında görüş keçirilib.

İSNA xəbər agentliyinin məlumatına görə, bu görüş Tehranda səfərdə olan Almaniyanın siyasi-iqtisadi heyətinin İranın neft naziri ilə çoxtərəfli görüşlərinin birinci mərhələsində baş tutub.
Almaniyanın yüksək səviyyəli siyasi-iqtisadi heyətinin Tehrana səfəri ilə bir vaxtda, İranın Ticarət Palatası, özəl sektor və dövlət sektoru ilə konstruktiv müzakirələrin aparılması üçün lazımi koordinasiyalar həyata keçirilib. Və qərar üzrə İranın neft naziri ilə yanaşı, sənaye, mədən və ticarət naziri, energetika naziri və İranın Ticarət Palatasının üzvləri ilə də görüşlər həyata keçirilməlidir.
Məlumatlı qaynaqlardan daxil olan informasiyalara görə, Alman şirkətləri həmçinin İranın neft layihələrində aktiv iştiraka malik olmalıdırlar. Həmçinin, Alman heyətin İrana səfəri çərçivəsində Almaniyadan İrana texnologiyanın gətirilməsi və İrandan Almaniyaya neft məhsullarının ixrac edilməsi məsələləri barədə də danışıqlar aparılacaq.
Almaniya, İrana qarşı sanksiyaların tətbiq edilməsindən öncə İranın 2-ci ən böyük iqtisadi şəriki idi.
Hazırda Almaniyada səfir olan İranın neft nazirinin sabiq müavini Əli Macidi isə İranın Neft Nazirliyinin informasiya portalına verdiyi müsahibədə Alman heyətin İrana səfəri çərçivəsindən İran qazının Almaniyaya ixrac edilməsi barədə də danışıqların aparılıb-aparılmayacağı haqda deyib: Bu barədə də danışıqların aparılması ehtimalı var.
Almaniya kanslerinin müavini Ziqmar Qabriyelin başçılıq etdiyi 60 nəfərlik siyasi-iqtisadi heyət Linde, Zimens, Mersedes, Daimler, Basf, Volksvagen, GİZ və bir sıra digər iri Alman şirkətlərinin müdirlərinin müşayiəti ilə ötən gecə, İranın neft naziri Bijən Zəngənənin dəvəti və iki ölkə arasında siyasi, ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi yollarını araşdırmaq məqsədi ilə Tehrana səfər edib.

Teqlər