İran gündəlik 5 milyon kubmetr qazı İraqa ixrac etməyə hazırdır
https://azeri.sahartv.ir/news/İran-i196199-İran_gündəlik_5_milyon_kubmetr_qazı_İraqa_ixrac_etməyə_hazırdır
İranın Qaz Mühəndislik və İnkişafı Şirkətinin icraçı direktoru İran İslam Respublikasının gündəlik 5 milyon kubmetr qazı İraqa ixrac etmək üçün hazır olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 26, 2015 04:53 Asia/Baku
  • İran gündəlik 5 milyon kubmetr qazı İraqa ixrac etməyə hazırdır
    İran gündəlik 5 milyon kubmetr qazı İraqa ixrac etməyə hazırdır

İranın Qaz Mühəndislik və İnkişafı Şirkətinin icraçı direktoru İran İslam Respublikasının gündəlik 5 milyon kubmetr qazı İraqa ixrac etmək üçün hazır olduğunu bildirib.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Əlirza Qəribi ŞANA-ya verdiyi müsahibədə bildirib: İraqa qaz ixracı üçün nəzərdə tutulan 100 km boru kəmərinin sınaqları son mərhələlərindədir və bu əməliyyatın sona çatması ilə gündəlik 5 milyon kubmetr İran qazı İraqa ixrac olunacaq.
İraq tərəfinin bu ölkə ərazisində boru kəmərinin hazır olması barəsində məlumatlar verdiyini bildirən Qəribi əlavə edib: İraq ərazisində bu boru kəmərindən əlavə qazın Bağdad stansiyalarına çatdırılması üçün kəmərlər də çəkilmişdir.