Zərifin regional səfəri İran və qonşuların həmrəylik və əməkdaşlığı məqsədini daşıyır
https://azeri.sahartv.ir/news/İran-i196211-zərifin_regional_səfəri_İran_və_qonşuların_həmrəylik_və_əməkdaşlığı_məqsədini_daşıyır
İran İslam Respublikası xarici işlər naziri Vyanada nüvə müzakirələrinin yekunundan sonra Küveyt, Qətər və İraqa ilk regional səfərini başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 26, 2015 10:28 Asia/Baku
  • Məhəmməd Cavad Zərif
    Məhəmməd Cavad Zərif

İran İslam Respublikası xarici işlər naziri Vyanada nüvə müzakirələrinin yekunundan sonra Küveyt, Qətər və İraqa ilk regional səfərini başlayıb.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bazar günü səhər ikitərəfli münasibətlərin gücləndirilməsi və terrorizm və İŞİD təkfirçi terror qruplaşması ilə mübarizə üçün regional və beynəlxalq əməkdaşlıqları genişləndirmək məqsədilə Küveyt, Qətər və İraqa səfərə başlayıb.
Zərif Küveyt, Qətər və İraqın yüksək səviyyəli rəsmiləri ilə danışıqlarda Vyana nüvə müzakirələrinin yekunun nəticələrini açıqlamaqdan əlavə, ikitərəfli əlaqələr və son regional proseslər barədə fikir mübadiləsi aparacaq.
İran nüvə müzakirələrindən öncə və sonra həmişə qonşular və regiona ölkələri ilə əlaqələri genişləndirmək ardınca olub.