Avq 16, 2015 16:21 Asia/Baku
  • İslam Radio və Televiziyalar Birliyinin ümumi assambleyasının 8-ci iclası
    İslam Radio və Televiziyalar Birliyinin ümumi assambleyasının 8-ci iclası

İslami Radio və Televiziya Birliyinin ümumi assambleyasının 8-ci iclası İran və islam ölkələrinin mədəniyyət xadimləri, siyasətçiləri və tanınmış simalarının iştirakı və "Rəhmət peyğəmbəri; müqavimət medialarının missiyası" şüarı ilə Tehranda işə başlayıb.

Bu 3 günlük iclasda dünyanın 35 ölkəsindən gəlmiş qonaqlar iştirak edir. İclasın kənarında media texnologiyaları sərgisi təşkil ediləcək, "Pak istehsal, Pak media" şüarı ilə halal media brendinin təqdimadı olacaq. Həmçinin , "Yu Nyus" xəbər agentliyinin fəaliyyə başlaması gündəmdə duran məsələlərdəndir.
"Birlik" adlı altında islami film festivalı da, pak media məhsullarının təqdimatı üçün nəzərdə tutlan tədbir kimi, bu iclasın kənarında təşkil edilib.
İslami Radio və Televiziyalar birliyi, beynəlxalq media atmosfrindəki birtərəfliliyi qırmaq məqsədi ilə təsis edilib. Bu birlik İran İslam Respublikasının təşəbbüsü ilə yaradılıb və 220-dən çox üzvü var.
İran İslam İnqilabının Böyük Rəhbərinin müşaviri Əli Əkbər Vilayəti bu iclasın açılış mərasimində, mediaların çoxluğunu nəzərə alaraq, islami mediaların olmasını bir zərurət adlandırıb və deyib: İslami Radio və Televiziyalar birliyi yüksək keyfiyyətli verilişlər hazırlaya və Qərbin o cümlədən Hollivudun şeytani birliyi qarşısında dayana bilər.

Teqlər