M. Zərif çinli həmkarına başsağlığı verib
Avq 19, 2015 19:19 Asia/Baku
İranın xarici işlər naziri çinli həmkarına müraciətdə Çİnin Tszyan Tszin limanında baş vermiş partlayışda zərərçəkənlərin, eləcə də Çin dövləti və xalqının dərdinə şərik çıxıb.
Səhər kanalının məlumatına görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Çin xarici işlər naziri Vanq Yiyə müraciətdə Çİnin Tszyan Tszin limanında baş vermiş partlayışdan təəssüflənərək, vurğulayıb: İranın xalqı və dövləti daim Çinin xalqı və dövlətinin kənarında olub və zərərçəkənlərə hər cür yardım üçün öz hazırlığını elan edir.Avqustun 12-də Çİnin Tszyan Tszin limanında baş vermiş iki partlayışda 114 nəfər həlak oldu. Bu hadisədə 721 nərəf də yaralanıbdır ki, onların 25 nəfərinin vəziyyəti ağır elan olunubdur.
Deyilənlərə görə, əksəriyyəti yanğınsöndürən olan 95 nəfər də itkin düşübdür.