İran Səna məscidindəki terror hərəkətini pisləyib
Sen 04, 2015 09:26 Asia/Baku
-
İran Səna məscidindəki terror hərəkətini pisləyib
İran Xarici İşlər Nazirliyinin sözçüsü onlarla nəfərin həlak olması və yaralanması ilə nəticələnən Yəmən paytaxtı Sənadakı Əlmuvəyyid məscidində törədilmiş terror hərəkətlərini pisləyərək, həlak olanların ailələrinin kədərlərinə şərik olub.
IRNA-nın məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyyə Əfxəm cümə axşamı günü gecə Yəmənin məzlum və müdafiəsiz xalqının koalisiya qüvvələrinin geniş bombardmanlarına məruz qalmaqla yanaşı terrorçu və təkfirçi qrupların da amansız basqınlarına məruz qaldığına diqqət çəkərək, bildirib ki, bu gün Yəmənin heç bir məntəqəsi savaş və hücumlarda amanda qalmayıb və təcavüzkarlar qarşısında təslim olması üçün Yəmənin müsəlman xalqına qarşı təzyiqlər hərtərəfli surətdə cərəyan edir.İran Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsi işçilərindən iki nəfərin öldürülməsindən təəssüflənərək, dünya ictimaiyyətinin Yəmən xalqına qarşı ardıcıl və gündəlik hücumlar və hərbi əməliyyatların dayandırılması, eləcə də qeyri-münasib insani vəziyyətin nəzərdən keçirilməsi istiqamətində təsirli addımlar atmasını istəyib.
Çərşənbə günü gecə Sənadakı məsciddə dalbadal baş verən iki partlayış nəticəsində azı 28 nəfər ölüb, 75 nəfər də yaralanıbdır.
İŞİD terror qrupu bu partlayışların məsuliyyətini üzərinə götürüb.