ŞƏT-da İranın daimi üzvlüyü hamının xeyrinədir
https://azeri.sahartv.ir/news/İran-i197372-ŞƏt_da_İranın_daimi_üzvlüyü_hamının_xeyrinədir
İİR-nın prezidenti deyib: İİR-nın ŞƏT-da daimi üzvlüyü hamının xeyrinədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 05, 2015 12:35 Asia/Baku
  • ŞƏT-da İranın daimi üzvlüyü hamının xeyrinədir
    ŞƏT-da İranın daimi üzvlüyü hamının xeyrinədir

İİR-nın prezidenti deyib: İİR-nın ŞƏT-da daimi üzvlüyü hamının xeyrinədir.

Prezident Həsən Ruhani bu gün Tehranda qırğızıstanlı həmkarı Almazbay Atanbayevlə keçirdiyi mətbuat konfransında söyləyib: Şanxay Əməkdaşlıq Təşkilatında daimi üzvlüyü istiqamətindəki maneələr aradan qalxıb və digər üzv ölkələr də bu məsələnin gerçəkləşməsi ilə maraqlanırlar.


İran prezidenti iki ölkənin iqtisadi münasibətlərin möhkəmləndirilməsi yolunda malik olduğu çeşidli potensiallara işarə edərək deyib: Qırğızıstanın iqlimi mövqeyi elə bir təhər və formadadır ki orada elektrik su təsisatı təkcə o ölkənin deyil, həm də region ölkələrinin bütün ehtiyaclarını təmin edir. İran belə bir proqramları həyata keçirmək iqtidarında deyil.


"İran texniki və mühəndislik xidmətlərinin verilməsi baxımından Qırğızıstanla lazımi addımları ata bilər və bu ölkənin tələbləri İİR-nın dəmiryol əlaqələri ilə belə bir proyektləri həyata keçirməyə hazırdır." Deyə Ruhani sözlərinə əlavə edib.


Prezident Həsən Ruhani habelə regionun təhlükəsizlik vəziyyətinə işarə edərək deyib: İran və Qırğızıstan qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinin üzərində təkid edərək kobudluq və ekstremist hərəkətlər qarşı mübarizə aparmaq əzmindədirlər. Bu iki ölkə Əl-Qaidə Taliban və İŞİD kimi terrorçu qruplaşmaların qarşısında siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıqların sıxlaşdırılmasına önəm verir.


Qırğızıstan prezidenti də İranla Qırğızıstan arasında heç bir ixtilafın olmadığını təsdiqləyərək əməkdaşlıqların genişləndirilməsi və İİR-nın qabiliyyətlərindən istifadənin edilməsinin vacibliyini vurğulayıb.


Atambayev iki ölkənin 10 illik fəaliyyət və əməkdaşlıq proqramına işarə etdikdən sonra deyib: Qırğızıstan İqtisadi Avrasiya İttifaqının üzvlərindən biridir və bu ölkədə böyük bir baza açılıb ki İranın ticarət və iş adamları da bu imkandan istifadə edə bilərlər.


Qırğızıstanın prezidenti Almazbeyk Atambayev iranlı həmkarının rəsmi dəvəti ilə cümə günü yüksək səviyyəli nümayəndə bir heyətin başında paytaxt Tehrana gəlib.


Yada salaq ki İran və Qırğızıstan prezidentlərinin görüşündə bir sıra vacib məsələlər o cümlədən regional və beynəlxalq məsələlərdən savayı Tehran-Bişkek münasibətlərinin möhkəmləndirilməsi mübahisə və müzakirə olunub.