Sen 06, 2015 18:57 Asia/Baku
  • Amerikanın siyasətləri kobudluğu qızışdırma amilidir
    Amerikanın siyasətləri kobudluğu qızışdırma amilidir

İranın xarici işlər naziri vurğulayıb ki, Amerikanın regiondakı siyasətləri kobudluq və ifratçılığın qızışdırılmasına səbəb olub.

IRIB müxbirinin məlumatına görə, Məhəmməd Cavad Zərif öz çex həmkarı ilə birgə mətbuat konfransında ABŞ dövlət katibinin son sözləri barədə deyib: İran İslam Respublikası sübut edibdir ki, ardıcıl surətdə kobudluq, ifratçılıq və terrorizmlə mübarizə aparıbdır.



İranın xarici işlər naziri sonra deyib: Amerika rəsmiləri və digər beynəlxalq oyunçular siyasi qrupları qarşılayarkən dəxli olmayan sözlər söyləməsinlər və region gerçəkliyini dərk edib, onun əsasında əməl etsin və bundan artıq regionu çaxnaşmaya salmasınlar.



O, deyib: İfratçı siyasətlər üzündən dünyanın müxtəlif məntəqələrinə doğru axan dəhşətli didərginlər dalğası təəssüflə insanlığa sığmayan rəftarlarla üzləşir.



Zərif əlavə edib: Belə bir halda, İran İslam Respublikası ötən otuz ildən çox bir müddətdə qonşu ölkələrdən milyonlarla didərgini qarşılayıbdır, amma hazırda bəzi ölkələr bir neçə on nəfər mühacirlə bağlı qalmaqal salırlar.



İranın xarici işlər naziri vurğulayıb: Bu problemlə birdəfələik surətdə ciddi rəftarın və didərginlik, kobudluq və ifratçılığa səbəb olan siyasətlərdən çəkinməyin vaxtı gəlib çatıbdır.


O, deyib ki, İran İslam Respublikası səbat və sülh tərəfdarı olan ciddi bir oyunçu kimi kobudluq və ifratçılıqla mübarizə üçün dünya ictimaiyyəti və qonşularla həmkarlığa hazırdır.


Çexiyanın xarici işlər naziri İranın xarici işlər naziri ilə birgə mətbuat konfransında deyib: Sevinirəm ki, iki ölkə əlaqələrinin doxsanıncı ildönümü günü ərəfəsində bu fövqəladə səfərdə ölkəmin bir qrup iş adamı, sahibkarı və rəsmisi ilə birgə İrana gəlmişəm.


Çexiyanın xarici işlər naziri əlavə edib: Bu fövqəladə səfərdə siyasi, iqtisadi, təlim və digər sahələrdə danışıqlar aparmaq üçün fürsət yaranıbdır.

Teqlər