Avstriya prezidenti və avropalı elmi heyət İrana gəlir
https://azeri.sahartv.ir/news/İran-i197418-avstriya_prezidenti_və_avropalı_elmi_heyət_İrana_gəlir
Avstriya prezidenti Haynts Fişer bu ölkənin siyasi, iqtisadi, ticarət, elmi və mədəni şəxsiyyətlərindən ibarət yüksək səviyyəli heyətin müşayiəti ilə Tehrana səfər edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 07, 2015 06:56 Asia/Baku
  • Avstriya prezidenti və avropalı elmi heyət İrana gəlir
    Avstriya prezidenti və avropalı elmi heyət İrana gəlir

Avstriya prezidenti Haynts Fişer bu ölkənin siyasi, iqtisadi, ticarət, elmi və mədəni şəxsiyyətlərindən ibarət yüksək səviyyəli heyətin müşayiəti ilə Tehrana səfər edir.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İranın təhsil, araşdırma və texnologiya nazirinin beynəlxalq məsələlər üzrə əvəzedicisi Avstriya təhsil, iqtisadiyyat naziri və bu ölkənin 17 universiteti və araşdırma mərkəzinin rəhbərləinin prezidentlə birlikdə Tehrana səfər edəcəklərini bildirib.


Hüseyn Salar Amili İran və Avstriya arasında universitet anlaşmasının əldə olunacağını bildirərək deyib: İran Avstriyaya müəyyən sayda ödənişsiz təhsil yerləri verməyi nəzərdə tutub. Vyana Universitetinin rektoru, Avstriyada Avropa Xalq Təbabəti Akademiyasının rəhbəri, Avstriya Təhsil və Tədqiqat Beynəlxalq Əməkdaşlıq Agentliyinin icraçı direktorunun İrana gəldiyini nəzərə alaraq tərəflər arasında yüzlərlə ödənişsiz təhsil mübadiləsi üzrə müqavilənin imzalanacağı gözlənilir və Avstriyada müəyyən sayda ödənişsiz təhsili İran tərəfinə verəcəkdir.