İranın Sənadakı səfirliyinin fəaliyyətini dayandırması təkzib olunub
https://azeri.sahartv.ir/news/İran-i197448-İranın_sənadakı_səfirliyinin_fəaliyyətini_dayandırması_təkzib_olunub
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İranın Sənadakı səfirliyinin fəaliyyətini dayandırması barəsindəki xəbərləri təkzib edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 08, 2015 12:53 Asia/Baku
  • İranın Sənadakı səfirliyinin fəaliyyətini dayandırması təkzib olunub
    İranın Sənadakı səfirliyinin fəaliyyətini dayandırması təkzib olunub

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İranın Sənadakı səfirliyinin fəaliyyətini dayandırması barəsindəki xəbərləri təkzib edib.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Mərziyyə Əfxəm Fars Xəbər Agentliyi ilə müsahibədə əlavə edib: İran səfirliyinin fəaliyyəti normal qaydada davam edir və İran səfiri Seyid Hüseyn Niknam da illik məzuniyyət üçün ötən gün İrana qayıdıb.


Əfxəm həmçinin bəzi ərəb medialarında İran İslam Respublikasının Yəməndəki səfirliyinin yəmənli qruppların düşüncə və əməliyyat bazası olaraq roluna dair yayılan xəbərləri təkzib edib.


İranın xarici diplomatiya idarəsinin sözçüsü əlavə edib: Bu saxta xəbərlər Yəmən xalqı və qruplarının xarici təcavüzkarlar, terrorçular və təkfirçi qruplaşmalarla mübarizə və 6 ay müqavimət rolunu təhrif etmək və zəiflətmək məqsədilə yayımlanır və tamamilə əsassızdır.


Səudiyyə Ərəbistanı rejiminə bağlı bəzi xəbər dairələri bu gün İran səfirinin Yəməndən ölkəsinə qayıtması və İranın Sənadakı səfirliyinin fəaliyyətini dayandırmasını xəbər veriblər.


Digər tərəfdən Yəmənin istefaya getmiş fərari hökumətinin xarici işlər naziri Riyaz Yasin də ər-Riyadda Ərəbistanın əl-Əxbariyyə telekanalı ilə telefon danışığında bildirib ki, bir neçə saata qədər Yəmənin İranla əlaqəsini kəsməsi elan olunacaq.