Laricani: İran beynəlxalq proseslərdə Avropanın müsbət rol oynamasını istəyir
Sen 09, 2015 10:11 Asia/Baku
İran İslam Şurası Məclisinin sədri deyib: İslam Respublikası Avstriya ilə həmişə dostluq və inkişafa doğru olan münasibətlərə malik olub və iki ölkə arasında siyasi, iqtisadi və ticarət məsələləri sahəsində yaxın əməkdaşlıqlar olmuşdur.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İslam Şurası Məclisinin sədri Əli Laricani Avstriya prezidenti Haynts Fişer və onu müşayiət edən heyətlə Tehranda görüşdə əlavə edib: İslam Şurası Məclisi müxtəlif sahələrdə ikitərəfli əlaqələrin genişlənməsini dəstəkləyir.İran parlamentinin sədri ümidvarlıq edib ki, Avstriya prezidentinin İrana səfəri regional və beynəlxalq cəhətlərdə siyasi və iqtisadi məsələlərdə iki ölkənin əməkdaşlıqlarının perspektivində yeni səhifə açacaqdır.
İran İslam Respublikası ilə Altılıq ölkələri arasındakı son nüvə müzakirələrində Avstriyanın ev sahibliyini alqışlayan İslam Şurası Məclisinin sədri deyib: Avstriya müstəqil mövqeyi və Avropa Birliyindəki önəmli roluna görə, müzakirələr üçün münasib məkan idi.
Avstriya prezidenti də İrana səfərindən razılıq edərək deyib: Bu səfər Avstriyanın gələcəkdə müştərək əməkdaşlıqların genişlənməsi ilə maraqlanması üçün aydın nişanədir və Avropa Birliyinin regional və beynəlxalq önəmli məsələlər və proseslər sahəsində əməkdaşlıq yolları barəsində danışıqlar üçün qapıları açıqdır.