Ərəbistanın Yəmənə hücumlarının davam etməsi pislənilir
Sen 29, 2015 07:29 Asia/Baku
-
Ərəbistanın Yəmənə hücumlarının davam etməsi pislənilir
İran Xarici İşlər Nazirliyinin sözçüsü ərəbistanlı koalisiyanın qadın və uşaqlar daxil olmaqla onlarla günahsız yəmənlinin ölməsi və yaralanmasına bais olmuş Yəmənin cənub-qərbindəki Təəzin Əlməxa məntəqəsinə qarşı hava hücumlarını pisləyib və vurğulayıb ki, BMT-nin və digər beynəlxalq orqanların bu hücumlar nəticəsində yaranmış Yəmən xalqının faciəli durumuna baxmaları zəruridir.
IRIB-nin məlumatına görə, Mərziyyə Əfxəm söyləyib: Yaşayış massivlərinə və mülki hədəflərə qarşı ardıcıl hücumlar və yardımçatdırma üzrə beynəlxalq məsul orqan və təşkilatlar üçün maneənin yaradılması humanitar hüquq prinsip və qaydalarının pozulması sayılır.İran Xarici İşlər Nazirliyinin sözçüsü BMT-dən və Yəmən böhranında təsirli olan ölkələrdən istəyibdir ki, hücumların tez bir zamanda dayandırılması üçün ciddi tədbirlər görsün və yəmənli sivillərin, xüsusən qadın və uşaqların sağlamlıqları və təhlükəsizliklərinin qorunması üçün lazımi addımlar atsınlar.
Ərəbistanlı koalisiyanın qırıcıları bazar ertəsi günü Təəzin Əlməxa məntəqəsini, o sıradan bu məntəqədəki toy mərasimini hədəfə alıblar. Nəticədə əksəriyyəti qadın və uşaq olan azı 131 nəfər ölüb və onlarla nəfər yaralanıbdır.
Teqlər