İran prezidentinin sədrliyi ilə Mina hadisəsinin izlənilməsi üzrə xüsusi komitə yaradılıb
https://azeri.sahartv.ir/news/İran-i198039-İran_prezidentinin_sədrliyi_ilə_mina_hadisəsinin_izlənilməsi_üzrə_xüsusi_komitə_yaradılıb
İran prezidenti Mina faciəsində zədə alanlar və həlak olanların cənazələrinin köçürülməsinin sürətləndirilməsi, asanlaşdırılması və izlənilməsinin davam etməsi vacibliyi barədə lazımi göstərişlər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 30, 2015 10:00 Asia/Baku
  • İran prezidentinin sədrliyi ilə Mina hadisəsinin izlənilməsi üzrə xüsusi komitə yaradılıb
    İran prezidentinin sədrliyi ilə Mina hadisəsinin izlənilməsi üzrə xüsusi komitə yaradılıb

İran prezidenti Mina faciəsində zədə alanlar və həlak olanların cənazələrinin köçürülməsinin sürətləndirilməsi, asanlaşdırılması və izlənilməsinin davam etməsi vacibliyi barədə lazımi göstərişlər verib.

Həsən Ruhani Mina faciəsində zədə alanlar və həlak olanların cəsədlərinin köçürülməsinin sürətləndirilməsi, asanlaşdırılması və izlənilməsinin davam etməsi vacibliyi barədə lazımi göstərişlər verib.
İran prezidenti Mina hadisəsinin izlənilməsi üzrə xüsusi komitənin bütün üzvlərinin iştirakı ilə keçirilən bu komitənin iclasında son məlumatları dinlədikdən, izlənilmələrin nəticələri və məsul orqanların fəaliyyətlərinin araşdırılmasından sonra komitənin işinin davam etdirilməsi üçün göstərişlər verib.
Ruhani Mina faciəsində həlak olanların cəsədlərinin köçürülməsinin sürətləndirilməsini bütün əlaqədar orqanların ilk prioriteti adlandırıb və bu istiqamətdə Ərəbistan başçıları ilə müzakirə, habelə lazımi icra və hüquqi izləmələrin davam etməsi və bütün imkanlardan istifadə edilməsini istəyib.
İran prezidenti hadisədə itkin düşənlərin məsələlərinin dəqiq surətdə aydınlarşdırılması və onların hər birinin durumunun izlənilməsinin komitə üzvlərinin digər xüsusi vəzifələrindən olduğunu bildirib və belə deyib: İranın diplomatiya idarəsinin Ərəbistanın İslam İnqilabının Böyük Rəhbərinin Besəsi və İranın Həcc Təşkilatı ilə həmkarlığının gücləndirilməsi üçün əlindən gələni etməsi zəruridir.
Cümə axşamı günü baş vermiş Mina faciəsi zəvvarların Rəmy Cəmərata tərəf hərəkəti ilə bir zamanda törəndi; nəticədə indiyədək iranlı zəvvarlardan 239 nəfər həlak olub, 241 nəfər itkin düşüb, 14 nəfər isə yaralıdır və Ərəbistanın müalicə mərkəzlərində yatır.