Okt 02, 2015 10:11 Asia/Baku
  • İran Mina faciəsini siyasiləşdirmək ardınca deyil
    İran Mina faciəsini siyasiləşdirmək ardınca deyil

İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini deyib: İran İslam Respublikası Mina faciəsini siyasiləşdirmək ardınca deyil.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Abbas İraqçı Nyu-Yorkda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin iclasında Mina faciəsinin siyasiləşməsini tənqid edən Ərəbistan xarici işlər nazirinin sözlərinə reaksiyada bildirib: İran yalnız məsuliyyətin qəbul olunması, bu faciə barədə tam şəffaflıq və belə faciələrin qarşısının alınması üçün lazımi addımların atılmasını istəyir.
Sionist rejimin əl-Əqsa məscidinə təhrikedici hücumları və onun islami mentalitetini dəyişmək üzrə səyinə etiraz məqsədilə BMT Baş Assambleyasının 70-ci sessiyasının kənarında keçirilən bu iclasda İraqçı islam dünyasına başsağlığı verərək Ərəbistan xarici işlər nazirinə xitabən deyib: Mina faciəsində minlərlə zəvvar həyatını itirdi. Onlardan 465 nəfəri iranlı idi.
Məlumata görə, Ərəbistan xarici işlər naziri Adil əl-Cübəyr də İran xarici işlər nazirinin müavininin sözlərinə cavabda deyib: Ərəbistan məsələnin şəffaflığı, araşdırılması ardıncadır və nöqsanlara yol verənlər mütləq cəzalanacaqlar.
Ərəbistan xarici işlər naziri bildirib: Bu ölkə Mina faciəsindən dərs aldı və gələcəkdə belə faciələrin təkrarlanmaması üçün lazımi ölçüləri götürəcəkdir.
Həmçinin İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin iclasında nazirlər tərəfindən Fələstinə dəstək üzrə qətnamə təsdiqlənib.

Teqlər