Terrorizm və ifratçılıq minilliyin inkişaf üzrə məqsədlərinə çatmağa mane olur
https://azeri.sahartv.ir/news/İran-i198266-terrorizm_və_ifratçılıq_minilliyin_inkişaf_üzrə_məqsədlərinə_çatmağa_mane_olur
İran İslam respublikasının BMT-dəki daimi nümayəndəsinin müavini və səfiri terrorizm və ifratçılığın genişlənməsini minilliyin inkişafla bağlı məqsədlərinə çatmağın yolunda duran maneə adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 08, 2015 09:16 Asia/Baku
  • Terrorizm və ifratçılıq minilliyin inkişaf üzrə məqsədlərinə çatmağa mane olur
    Terrorizm və ifratçılıq minilliyin inkişaf üzrə məqsədlərinə çatmağa mane olur

İran İslam respublikasının BMT-dəki daimi nümayəndəsinin müavini və səfiri terrorizm və ifratçılığın genişlənməsini minilliyin inkişafla bağlı məqsədlərinə çatmağın yolunda duran maneə adlandırıb.

İRNA-nın məlumatına görə, Qulamhüseyn Dehqani BMT Baş Assambleyasının 2-ci Komitəsinin ilk iclasında İranın 2030-cu ilin iş proqramı ilə bağlı baxışlarını açıqlayıb.
Dehqani bu iclasda BMT-nin 2030-cu il üçün olan iş proqramının davamlı inkişaf üçün böyük əhəmiyyət daşıdığını deyərək, bu proqramın xüsusilə BMT-nin fəaliyyət çərçivəsində icra edilməsini zəruri adlandırıb.
Dehqani İran İslam Respublikası prezidentinin BMT-nin 2030-cu il üçün iş proqramının təsdiq edilməsi iclasında iştirakına işarə edərək, İran İslam Respublikasının milli, regional və beynəlxalq səviyyəli konstruktiv əməkdaşlığını vurğulayıb.
O, regional əməkdaşlıqların önəminə təkid olaraq, Qərbi Asiyadakı regional problemlərə o cümlədən, iqlim dəyişiklikləri və quraqlıqlara işarə edərək, ifratçılıq və terrorizmi davamlı inkişafın yolunda duran başlıca maneə adlandırıb.
İranın BMT-dəki nümayəndəsi həmçinin, davamlı inkişafla bağlı təyin olunmuş hədəf və məqsədlərə gedən yolda İranın digər ölkələr ilə əməkdaşlıqların edilməsində maraqlı olduğunu vurğulayıb və qlobal əməkdaşlığın, ayrı-seçkilikdən uzq bir quruluşun formalaşmasının, yeni elm və texnologiyaların mübadilə edilməsinin önəminə təkid edib.
BMT-nin 2030-cu il üçün inkişaf probqramını təsdiq etmək məqsədilə üzv ölkələrin sammiti 25-27 sentyabrda Nyu-Yorkda, BMT-nin baş qərargahında baş tutdu və qeyd olunan sənəd təsdiq edildi.