İran xarici işlər naziri sərdar Həmədaninin şəhadəti ilə bağlı başsağlığı verib
Okt 09, 2015 14:08 Asia/Baku
-
İran xarici işlər naziri sərdar Həmədaninin şəhadəti ilə bağlı başsağlığı verib
İran İslam Respublikası xarici işlər naziri mayor Hüseyn Həmədaninin Suriyada terrorizmə qarşı müharibədə şəhid olması ilə bağlı İslam İnqilabının Böyük Rəhbəri və İran xalqını təbrik edib və başsağlığı verib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif cümə günü mayor Hüseyn Həmədaninin şəhid olması ilə bağlı müraciətdə bildirib: Müqavimət cəbhəsinin bu ali məqamlı sərdarının təkfirçi terrorçular tərəfindən şəhid edilməsi böyük itkidir.Zərif bu müraciətdə bildirib: Terrorizm, radikallıq və işağlıçılıqla mübarizə cəbhəsində məsləhətlərin verilməsi üzrə tapşırığını yerinə yetirməkdə sayıq və yorulmaz sərdar Şəhid Həmədani müqavimət yolunun davamı üçün dəyərli dəstək olan qədim arzusuna yetişdi.
İran xarici işlər naziri bu müraciətdə cihad və mübarizənin bu qocaman sərdarı üçün ilahi yüksək dərəcələri arzulayaraq bildirib: Beynəlxalq ictimaiyyət təkfirçi terrorizmə qarşı mübarizə və bu insanlığa və islama qarşı qruplaşmaların tam məhvinin vacibliyini öz prioritetinə salmalı və bu nəhs fenomenin köklü həlli üçün ciddilik göstərməlidir.
Bu arada İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini Hüseyn Əmir Abdullahian da bir müraciətdə terrorizm istiqamətində region və beynəlxalq təhlükəsizliyə köməyin edilməsində bu ali məqamlı şəhidin böyük payının olduğunu bildirib: Şəhid sərdar Həmədaninin müqavimət müraciəti Suriyanın uğurunun davamlılıq rəmzi hesab olunur.
Əmir Abdullahian əlavə edib: Suriya xalqı və müqavimət mehvəri bu şəhidin yolunu ciddi şəkildə davam etdirəcək.
Müqəddəs Müdafiə dövrünün komandanlarından və İslam İnqilabı Keşikçilər Korpusunun yüksək səviyyəli məsləhətçilərindən mayor Hüseyn Həmədani Hələb şəhəri ətrafında məsləhət üzrə tapşırıqlarını yerinə yetirərkən İŞİD terrorçuları tərəfindən şəhid edilib.
İslam İnqilabı Keşikçilər Korpusunun ictimai əlaqələr üzrə məsul şəxsi mayor Ramazan Şərif cümə günü bildirib: Şəhid sərdar Həmədaninin cəsədi sabah Suriyada İrana gətiriləcək və bazar günü Tehranda, bazar ertəsi günü isə Həmədan şəhərində vidalaşma mərasimi keçiriləcək.
Teqlər