İran prezidenti və parlament sədri mayor Həmədaninin şəhadəti ilə bağlı müraciətlər veriblər
https://azeri.sahartv.ir/news/İran-i198320-İran_prezidenti_və_parlament_sədri_mayor_həmədaninin_şəhadəti_ilə_bağlı_müraciətlər_veriblər
İran prezidenti və İslam Şurası Məclisinin sədri ayrı-ayrı müraciətlərdə terrorizmlə müharibədə mayor Hüseyn Dehqanın şəhid olması ilə bağlı İran xalqını təbrik edib və başsağlığı veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 09, 2015 14:46 Asia/Baku
  • İran prezidenti və parlament sədri mayor Həmədaninin şəhadəti ilə bağlı müraciətlər veriblər
    İran prezidenti və parlament sədri mayor Həmədaninin şəhadəti ilə bağlı müraciətlər veriblər

İran prezidenti və İslam Şurası Məclisinin sədri ayrı-ayrı müraciətlərdə terrorizmlə müharibədə mayor Hüseyn Dehqanın şəhid olması ilə bağlı İran xalqını təbrik edib və başsağlığı veriblər.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İran prezident Həsən Ruhani cümə günü sərdar Həmədaninin şəhid olması ilə bağlı müraciətində bildirib: İŞİD terror qruplaşması və onları dəstəkləyənlərlə döyüşdə İslam Müqavimət Cəbhəsinin gücləndirilməsi üçün məsləhət üzrə tapşırığını yerinə yetirən yorulmaz mücahidin şəhid olması böyük itkidir və dərin qəmginlik yaratdı.
İran İslam Şurası Məclisinin sədri Əli Laricani də bununla əlaqədar verdiyi müraciətdə bildirib: Şəhid sərdar Həmədani ağır dövrlərdə islam və inqilabın amallarını var-gücü ilə müdafiə etdi.