Polşa senatının sədri İran prezidenti ilə görüşüb
Okt 10, 2015 18:40 Asia/Baku
İran prezidenti deyib ki, Polşa İranın Avropa İttifaqındakı dostu kimi ikitərəfli həmkarlıqların genişlənməsində təsirli rol oynaya bilər.
İran prezidenti Həsən Ruhani Tehranda Polşa senatının sədri Boqdan Boruseviç ilə görüşdə deyib ki, İran İslam Respublikası Polşa ilə əlaqə və əməkdaşlıqların genişləndirilməsi yolunda heç bir maneə görmür.Ruhani bildirib ki, Yaxın Şərqdə İranın qonşuluğunda yerləşən ölkələr bir çox problemlə üzləşirlər və onların bəziləri illər boyudur ki, icbari və təhlükəsizlik problemlərinə düçar olublar. O, deyib ki, işğallar və xarici müdaxilələr regionda bir çox dağıdıcı təsirlər buraxıblar ki, onlardan biri, terror qruplarının fəallaşmalarıdır.
İran prezidenti bu gün Yaxın Şərq regionunun terror qrupları təhlükəsi ilə üzləşdiyini və onların qarşısında təcili addımların atılmayacağı təqdirdə, bütün regionu və hətta regiondan kənar ölkələri əsaslı problemlərlə üzləşdirə biləcəklərini bildirərək, deyib ki, hamı bu beynəlxalq problem qarşısında dayanmalı və onun həlli üçün çarə tapmalıdır.
İranın icra hakimiyyətinin sədri əlavə edib: Terrorizmlə mübarizə dünya səviyyəsində kollektiv iradənin mövcud olması vacibliyindən əlavə, mədəni və siyasi fəaliyyətlərə ehtiyaclıdır və şübhəsiz, Avropada və Yaxın Şərqdə təhlükəsizliyin mövcudluğu bütün ölkələrin və dünyanın xeyrinə olacaq.
Polşa senatının sədri Boqdan Boruseviç də deyib ki, Polşa daim İranla bağlı müsbət baxışa malik olub.
Polşa senatının sədri İran ilə altılıq arasındakı nüvə razılaşmasını müsbət dəyərləndirərək, İranla həmkarlıqların hərtərəfli şəkildə genişləndirilməsini istəyib.