Okt 16, 2015 12:11 Asia/Baku
  • Görmə qabiliyyəti olmayanlar üçün Quran smart qələmin təqdimatı keçirilib
    Görmə qabiliyyəti olmayanlar üçün Quran smart qələmin təqdimatı keçirilib

Beynəlxalq Görmə Qabiliyyəti Olmayanlar Günü ilə yanaşı İranın qərbində Kirmanşah vilayətində II Rəqəmsal Medialar sərgisində görmə qabiliyyəti olmayanlar üçün ilk Quran smart qələminin təqdimatı keçirilib.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İranda Mobin Smart Qələm Qrupunun direktoru Mehdi Şakiri Yusifi deyib: Dinləmək formasında olan və Quran-Kərimin üzündən oxunmasını öyrətmək üçün olan ilk Quran smart qələmi İsfahan Quran Ziyalılar Müəssisəsi və Mobin Smart Qələm Qrupunun əməkdaşlığı ilə dizayn olunub.
Mehdi Şakiri Yusifi dünya səviyyəsində bu qələm sisteminin yeni olduğuna toxunaraq bildirib: Görmə qabiliyyəti olmayanlar üçün ilk Quran smart qələm bril xətti ilə yazılan Quranlarda istifadə olunmaq üçün dizayn olunub.

Teqlər