İranın gəmi qrupu Həştərxana yan alıb
https://azeri.sahartv.ir/news/İran-i198797-İranın_gəmi_qrupu_həştərxana_yan_alıb
İran İslam Respublikası ordusunun sülh və dostluq gəmi qrupu Rusiyanın Həştərxan limanına yan alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 22, 2015 15:18 Asia/Baku
  • İranın gəmi qrupu Həştərxana yan alıb
    İranın gəmi qrupu Həştərxana yan alıb

İran İslam Respublikası ordusunun sülh və dostluq gəmi qrupu Rusiyanın Həştərxan limanına yan alıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Rusiyanın cənub hərbi zona qərargahı bir bəyanat yayaraq bildirib: Rusiyaya aid arsenal gəmisi çərşənbə günü Dəmavənd esminesi və Cövşən və Peykan raketatan gəmidən ibarət İranın gəmi qrupunu Həştərxan limanında qarşılayıb. İranın gəmi qrupu cümə günü günortaya qədər Həştərxanda qalacaq.
İran İslam Respublikası ordusunun sülh və dostluq gəmi qrupu Həştərxandan sonra daha bir dostluq görüşü üçün Azərbaycan Respublikasının Bakı limanına gedəcək.
Kapitan Əhmədrza Baqiri İran İslam Respublikası ordusu sülh və dostluq gəmi qrupunun Rusiya Federasiyası və Azərbaycan Respublikasına səfərdə məqsədi Xəzər dənizinin təhlükəsizliyinin qorunması sahəsində əlaqələrin möhkəmləndirilməsi və mədəniyyət əlaqələrinin genişləndirilməsi adlandırıb.
Bu səfər İranın sülh və dostluq gəmi qrupunun Rusiyaya 2-ci səfəridir.