Əli Laricani Soçi iclasında
Okt 23, 2015 09:54 Asia/Baku
İran İslam Şurası Məclisinin sədri deyib: Regionda təhlükəsizliyin əsası region ölkələrinin məsuliyyətli davranmalarıdır.
İRİB-nin məlumatına görə, Əli Laricani cümə axşamı Rusiyanın Soçi şəhərində keçirilən 12-ci müharibə və sülhi iclasında böyük qüdrətlərin terrorizm ilə taktiki rəftarını son onilliklərin strateji səhvi adlandırıb.İran İslam Şurası Məclisinin sədri Əli Laricani Rusiyanın Suriyada terrorçulara qarşı hava hücumlarını alqışlayıb və deyib: ABŞ-ın başçılıq etdiyi anti-İŞİD koalisiyası heç bir uğur əldə edə bilmədi.
Əli Laricani həmçinin, İslam dininin terrorizm ilə müxalif olduğunu vurğulayıb və deyib: İŞİD terrorçuları öz cinayətlərini müxtəlif bəhanələrlə əsaslandırmağa çalışırlar.