Əhali barədə BMT ilə İranın əməkdaşlığı vurğulanıb
https://azeri.sahartv.ir/news/İran-i198931-Əhali_barədə_bmt_ilə_İranın_əməkdaşlığı_vurğulanıb
İran İslam Respublikası xarici işlər naziri əhalinin artması layihəsinin icrasında BMT-nin Əhali Fondunun İranla əməkdaşlığının vacibliyini vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 26, 2015 13:09 Asia/Baku
  • Əhali barədə BMT ilə İranın əməkdaşlığı vurğulanıb
    Əhali barədə BMT ilə İranın əməkdaşlığı vurğulanıb

İran İslam Respublikası xarici işlər naziri əhalinin artması layihəsinin icrasında BMT-nin Əhali Fondunun İranla əməkdaşlığının vacibliyini vurğulayıb.

Səhər Beynəlxalq Televiziyasının İSNA-ya istinadla verdiyi məlumata görə, Məhəmməd Cavad Zərif və BMT Əhali Fondunun Tehrandakı ofisinin yeni direktoru Maha əl-Ədavi ilə görüşdə əhalinin artımı üçün İranın yeni əhali siyasətlərinə toxunaraq bu sahədə daha yaxşı layihələrin icrası üçün bu fondun əməkdaşlığını istəyib.
BMT-nin Əhali Fondunun Tehrandakı ofisinin yeni direktoru Maha əl-Ədavi də bu görüşdə hazırkı münasib zamanda bu layihənin icrası üçün İran İslam Respublikasının qərarına toxunaraq fondun İranla əməkdaşlığa hazır olduğunu bildirib.
BMT-nin Əhali Fondunun Tehrandakı ofisinin yeni direktoru ümidvarlıq edib ki, bu fond və İran İslam Respublikasının əməkdaşlıqları genişlənəcək.