Okt 27, 2015 11:13 Asia/Baku
  • Əhməd Şəhidin İranda insan haqları məsələsinə ikili baxışı
    Əhməd Şəhidin İranda insan haqları məsələsinə ikili baxışı

BMT-nin İnsan Haqları Şurasının İran məsələləri üzrə xüsusi məruzəçisi deyib ki, İran insan haqları barədə müzakirələr üçün ciddidir.

Frans-Press-in məlumatına görə, BMT-nin İnsan Haqları Şurasının İran məsələləri üzrə xüsusi məruzəçisi Əhməd Şəhid bazar ertəsi günü müxbirlərə deyib ki, İran insan haqları sahəsində yumşaqlıq nümayiş etdirir.
Cari həftədə İran barədə öz illik hesabatını BMT-nin Təhükəsizlik Şurasına təqdim etməli olan Əhməd Şəhid bildirib ki, Tehranın İranda insan haqları barədə BMT ilə həmkarlığı, iradəsi və müzakirələri artıbdır.
BMT-nin İnsan Haqları Şurasının İran məsələləri üzrə xüsusi məruzəçisi habelə İranda edam hökmlərinin çıxarılmasında islami dəyərlərin təsirediciliyindən xəbərsiz olaraq, iddia edibdir ki, cari ildə İranda indiyədək 800 nəfər edam olunub və bu miqdar 2015-ci ilin sonunadək min nəfərə çata bilər ki, son illərdə maksimum miqdardır.
BMT-nin İnsan Haqları Şurasının İran məsələləri üzrə xüsusi məruzəçisi sanksiyaların ləğvindən sonra İranın iqtisadi durumunun yaxşılaşması ehtimalına toxunaraq, bildirib ki, nüvə anlaşması insan haqları sahəsində fürsət yaradır, amma İrana qarşı təzyiqlər davam etdirilməlidir.
Qərb insan haqları məsələsinə bir vasitə və alət kimi baxır və BMT-nin İnsan Haqları Şurasının İran məsələləri üzrə xüsusi məruzəçisi Əhməd Şəhid də bu çərçivədə İran barədə öz məruzələrini tənzim edərək, yayır.
Əhməd Şəhid Tehranın İranda insan haqları məsələsinin araşdırılmasında müstəqil münasibətin seçilməsi üzrə istəyinə məhəl qoymadan terrorçu münafiqlər qaragüruhu daxil olmaqla İran İslam Respublikası quruluşuna qarşı çıxanların və İslam İnqilabı müxaliflərinin mənbələrinə istinadla İranı öz zənnincə, insan haqlarını pozmaqda ittiham edir.

Teqlər