İran və Rusiya rabitə sahəsində əlaqələrini genişləndirirlər
Noy 10, 2015 17:22 Asia/Baku
-
İran və Rusiya rabitə sahəsində əlaqələrini genişləndirirlər
İran və RUsiya rabitə və informasiya texnologiyaları sahəsində əlaqələrini genişləndirirlər.
İRNA-nın məlumatına görə, İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi və Rusiyanın energetika naziri Aleksandır Novak çərşənbə axşamı Moskvada görüşüb, danışıqlar aparıblar.Vaizi Aleksandr Novakın başçılıq etdiyi Rusiyanın iqtisadi heyətinin Tehrandakı müzakirələrinə işarə edərək, Moskva iclasında faydalı anlaşmanın əldə ediləcəyinə ümidvar olduğunu bildirib.
Novak da bu görüşdə deyib: Rusiya dövlətinin iradəsi İran ilə əməkdaşlıqların bütün sahələrdə genişləndirilməsidir.
İranın rabitə və informasiya texnologiyaları nazirinin başçılıq etdiyi 53 nəfərlik bir heyəti İran-Rusiya iqtisadi əməkdaşlıq komissiyasının iclasında iştirak etmək üçün Moskvada səfərdədir.
Teqlər