Tehran BMT-nin anti-İran qətnaməsinə reaksiya verdi
Noy 20, 2015 18:21 Asia/Baku
-
Xarici İşlər Nazirliyinin sözçüsü-Sadiq Hüsen Cabir Ənsari
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İran öz prinsipial siyasətinə əsasən insan haqları məsələsindən müstəqil ölkələrə qarşı bir vasitə kimi istifadə edilməsi ilə müxalifdir.
İRNA-nın məlumatına görə, Sadiq Hüsen Cabir Ənsari bu gün BMT Baş Assambleyasının İnsan Haqları Komitəsində İran əleyhinə qətnamənin qəbul edilməsi barədə deyib: İran BMT-nin insan haqları ilə baxşı mexanizmləri və vasitələrinin siyasi qərəzlərə düçar olmasından təəssüfləndiyini bildirir.Cabir Ənsari Fərd əlavə edib: İran bir çox dünya ölkəsində olduğu kimi insan haqlarının vəziyyətinin yaxşılaşdırılması yolunu, dialoq və danışıqların aparılması hesab edir və inanır ki, insan haqlarının vəziyyətinin öyrənilməsi üçün ən yaxşı mexanizm heç bir ayrı-seçkiliyə yol vermədən bərabərlik, hörmət, dialoq və konstruktiv əməkdaşlıq əsasında olmalıdır.