Zəngənə: İran və Rusiyanın enerji sahəsindəki əlaqələri stratejidir
https://azeri.sahartv.ir/news/İran-i199893-zəngənə_İran_və_rusiyanın_enerji_sahəsindəki_əlaqələri_stratejidir
İranın neft naziri deyib ki, İran və Rusiyanın enerji sahəsindəki əlaqələri sanksiyalar dövründəki qədər məhdud olmayacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 22, 2015 06:09 Asia/Baku
  • Zəngənə: İran və Rusiyanın enerji sahəsindəki əlaqələri stratejidir
    Zəngənə: İran və Rusiyanın enerji sahəsindəki əlaqələri stratejidir

İranın neft naziri deyib ki, İran və Rusiyanın enerji sahəsindəki əlaqələri sanksiyalar dövründəki qədər məhdud olmayacaq.

ISNA-nın məlumatına görə, İranın neft naziri Bijən Namdar Zəngənə şənbə günü axşam Tehranda Qaz İxrac edən Ölkələr Forumunun iclasının kənarında İran və Rusiyanın enerji sahəsindəki əlaqələrinin davam etməsi haqda əlavə edib: İran və Rusiyanın enerji sahəsindəki əlaqələri möhkəm və sanksiyalardan sonrakı dövrdə davam edəcəkdir.
Zəngənə habelə Rusiyanın İranın strateji şəriklərindən biri olduğunu vurğulayaraq, deyib ki, İran Fars Körfəzi ətrafındakı ölkələrin Rusiya ilə qarşılıqlı qaz mübadiləsi barədə müzakirə edəcək.
Qaz İxrac edən Ölkələr Forumunun fövqəladə nazirlik iclası və bu forumun on yeddinci adi iclası şənbə günü Tehranda keçirildi.
Qaz İxrac edən Ölkələr Forumunun üçüncü sammiti də bazar ertəsi günü İran prezidenti Həsən Ruhaninin sədrliyi ilə Tehranda keçiriləcək.