İranın Məhkəmə Hakimiyyətinin sözçüsü insan haqları qətnaməsinə reaksiya verib
Noy 22, 2015 19:59 Asia/Baku
-
İranın Məhkəmə Hakimiyyətinin sözçüsü insan haqları qətnaməsinə reaksiya verib
İranın Məhkəmə Hakimiyyətinin sözçüsü BMT Baş Assambleyasının 3-cü Komitəsində İrana qarşı insan haqları qətnaməsinin qəbul olunmasını gülünc və utanc gətirici adlandırıb.
İranın Məhkəmə Hakimiyyətinin sözçüsü Qolamhoseyn Mohseni-Ejei bazar günü bir mətbuat konfransında Amerikada və işğal olunmuş Fələstində insan haqlarının pozulmasını tənqid edərək, əlavə edib: Amerika və sionist rejimin insan haqlarının pozulması barədəki işləri qaradır və bu məsələyə diqqət yetirmədən İranda narkomaddələr qaçaqmalçılarının edam olunmalarını tənqid edirlər.İranın Məhkəmə Hakimiyyətinin sözçüsü qeyd edib ki, Amerika və sionist rejim bir çox şəxsi küçələrdə qətlə yetirirlər, amma İran öncə şəxsləri həbs edir, sonra isə hökmün qətiləşəcəyi halda onları cəzalandırır.