Dek 15, 2015 17:13 Asia/Baku
  • Tehranda Nigeriya şiələrini himayə aksiyası keçirildi
    Tehranda Nigeriya şiələrini himayə aksiyası keçirildi

Tehran əhalisi Nigeriya səfirliyi önündə aksiya keçirib, bu ölkə şiələrinin ordu tərəfindən qırğın edilməsinə etiraz edib.

İRİB-nin məlumatına görə, Tehran sakinləri bu gün Nigeriya səfirliyi önündə piket keçirərək, bu ölkə şiələrinin qırğın edilməsini pisləyib, bu cinayətə yol verənlərin cəzalandırılmasını istəyiblər.

Aksiya iştirakçıları həmçinin, BMT və beynəlxalq insan haqları təşkilatlarının bu cinayət qarşısında sükut etməsini qınayıblar.

Nigeriya səfirliyi önündə keçirilən aksiyada iştirak edənlər Nigeriya dövlətindən bu ölkə şiələrinin mənəvi rəhbəri olan şeyx İbrahim Zəkzakini azad etməsini və baş vermiş hadisədə zərərçəkən digər tərəflərin vəziyyətinə diqqətin göstərilməsini istəyiblər.

Teqlər