Təqlid mərcələrinin Nigeriya şiələrinin qırğın edilməsinə reaksiyası
Böyük təqlid mərcələrindən ayətullahlar Nuri Həmədani, Ələvi Qorqani, Safi Qolpayeqani bəyanat yayaraq, Nigeriya şiələrinin qırğın edilməsini pisləyib, bu ölkə şiələrinin mənəvi lideri şeyx Şəkzakinin dərhal azad edilməsini, Nigeriya hökumətinin azğın Boko Haram qruplaşması ilə ciddi rəftar etməsini istəyiblər.
Bazar günü Nigeriya ordusunun bu ölkənin Zariya şəhərində Bəqiyyətullah hüseyniyəsinə və şeyx İbrahim Zəkzakinin mənzilinə basqın etməsi zamanı şeyx Şəkzakın həyat yoldaşı və oğlu ilə yanaşı, Nigeriya İslam Hərəkatının bir neçə rəhbər üzvü və 300-dən çox şiə şəhid edilib.
Ayətullah Hüseyn Nur Həmədani öz bəyanatında Nigeriya hökumətindən istəyib ki, müsəlmanlara və şiələrə qarşı təzyiq göstərmək yerinə, öz gücünü və diqqətini Boko Haram və təkfirçilər ilə mübarizəyə yönəltsin.
Ayətullah Məhəmməd Əli Ələvi Qorqani də bir bəyanat yayaraq, Nigeriya İslam Hərəkatı rəbərinin sərbəst buraxılmasını və bu ölkə şiələri ilə hörmət əsasında rəftar edilməsini istəyib.
Ayətullah Lütfullah Safi Qolpayeqani də beynəlxalq təşkilatların Nigeriyada baş verənlər qarşısında sükut etməsini qınayıb və deyib: Bütün dünya bu çirkin cinayəti qınamalıdır. İslam ölkələri isə bu kimi faciələri önləmək üçün lazımi tədbirlər görməlidirlər.