Dek 28, 2015 13:53 Asia/Baku
  • İran İslam Respublikası Radio və Televiziya Təşkilatının rəsmi xəbər agentliyi işə başladı
    İran İslam Respublikası Radio və Televiziya Təşkilatının rəsmi xəbər agentliyi işə başladı

İslam Peyğəmbəri(s.ə.s) və İmam Sadiq(ə)-ın səadətli miladı münasibəti ilə İranın Radio və Televiziya Təşkilatının rəsmi xəbər agentliyi işə başlayıb.

Ən mühüm xarici xəbərlərin ən qısa zaman ərzində tam formada təqdim edilməsi, xəbərlə bağlı audio və video məlumatların yerləşdirilməsi, İranla bağlı xəbərlərin geniş formada işıqlandırılması bu xəbər agentliyinin istifadəyə verilməsinin başlıca məqsədi elan olunub.

Milli medianın virtual aləm, sosial şəbəkələr və rabitə sahəsində aktiv iştirakı İranın Radio və Televiziya Təşkilatının xəbər agentliyinin istifadəyə verilməsinin digər məqsədlərindən elan olunub.

Teqlər

Şərhlər