Dek 28, 2015 17:32 Asia/Baku
  • 9 dey qəhrəmanlığının ildönümü əzəmətli şəkildə keçirilsin
    9 dey qəhrəmanlığının ildönümü əzəmətli şəkildə keçirilsin

Böyük təqlid mərcələrindən Ayətullah Hüseyn Nuri Həmədani İslami İranda 9 dey qəhrəmanlığı mərasiminin əzəmətlə keçirilməsini istəyib.

Səhər Beynəlxalq Televiziyasının İSNA-ya istinadla verdiyi məlumata görə, bu təqlid mərcəyi Qumun Əzəm məscidinə fiqh xaric dərsində 9 dey qəhrəmanlığının ildönümünə toxunub və bu günün əziz saxlanmasını vurğulayıb.

Ayətullah Nuri Həmədani 9 deyi Allah günlərindən adlandıbıb və deyib: 9 deydə fitnənin gözünü kor edən məsələ rəhbərliyin mehvərliyində xalqın vəhdədi idi.

Bu təqlid mərcəyi deyib: Beynəlxalq imperializm 1388-ci günəş ilində İslam İnqilabını məhv etmək istəyirdi, lakin xalqın sayıqlığı və bəsirəti bu işin daha da irəliləməsinə icazə vermədi.

Təqlid mərcəyi həmçinin 1388-ci günəş ili fitnəsinin hərtərəfli cəhətlərinin aydınlaşmasının vacibliyini qeyd edərək bildirib: Bu sahədə müəyyənləşdirmə işlərinin davam etməsinə yer vardır.

Ayətullah Nuri Həmədani xatırladıb: Düşmən bilməlidir ki, bu xalq İslam İnqilabından əl çəkməyəcək xalqdır, bu xalq Vilayət Fəqihin ardıcılıdır və öz quruluşunu qoruyacaqdır.

1388-ci günəş ili (2009) 6 deydə bir qrup satılmış Hüseyn əzadarlıq heyətlərinə hücum etdikdən və iğtişaş törətdikdən sonra, İslami İranda bütün xalq könüllü şəkildə həmin ilin 9 deyində küçələrə axışdı və daxili fitnəkarlar və quruluşun düşmənlərinə nifrətlərini elan etdi və İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyni (rə) və İslam İnqilabının Böyük Rəhbərinin amalları ilə əhdlərini təzələdi.

Teqlər