Dek 31, 2015 13:59 Asia/Baku
  • Cabiri Ənsari: İran Amerikanın birtərəfli və özbaşına hərəkətlərinə cavab verəcək
    Cabiri Ənsari: İran Amerikanın birtərəfli və özbaşına hərəkətlərinə cavab verəcək

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İran İslam Respublikası Amerikanın birtərəfli, özbaşına və qanunsuz hərəkətləri barədə bu ölkə dövlətinə xəbərdarlıq edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Sadiq Hüseyn Cabiri Ənsari "İranın raket proqramı ilə əlaqə" bəhanəsilə yeni şəxs və şirkətlərin Amerikanın öncəki sanksiyalarına əlavə olunması ehtimalı barədə yayılan xəbərlərə reaksiyada əlavə edib: İranın raket məsələsinin nüvə anlaşması ilə heç bir əlaqəsi yoxdur.

Cabiri Ənsari vurğulayıb: Heç bir addım da İran İslam Respublikasını milli təhlükəsizliyi və müdafiə bünövrəsini gücləndirməsi üçün öz qanuni hüquqlarından məhrum edə bilməz.

İran Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: İran İslam Respublikası Amerikanın öz müdafiə proqramlarına qarşı hər cür müdaxilə mahiyyətli addımına cavab verəcək.

Wal Street Journal-ın məlumatına görə, Amerika dövləti mühüm nüvə razılaşmasının əldə olunması zamanından bəri İrana qarşı ilk iqtisadi sanksiyalar paketini tətbiq etməyə hazırlaşmaqdadır.

İran rəsmiləri son aylar Ağ Evə xəbərdarlıq ediblər ki, İrana qarşı hər cür iqtisadi cəzaların tətbiqi nüvə anlaşmasının pozulması deməkdir.

Teqlər